Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  - CƏDVƏL

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

Tarix: 08 Jun 2026 13:10

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun - Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Emil İsmayılov ADY dəmir yolları
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  - CƏDVƏL

Mənbə: apa.az

Xəbər Lenti