Çərşənbə, 10 İyun, 2026
Tarix: 09 Jun 2026 23:56
Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq. Apasport.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan milli komandamız San Marino ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, yığmamız iyunun 5-də keçirdiyi ilk görüşdə Malta millisinə 0:2 hesabı ilə məğlub olub. Yoxlama oyunu 22:00. Azərbaycan – San Marino 2:1 Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov, 2. Rəhman Daşdəmirov, 18. Tellur Mütəllimov, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 25. Rüfət Abbasov, 26. Ayxan Hüseynov, 11. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov Baş məşqçi: Ayxan Abbasov San Marino: 1. Kolombo, 12. Tosi, 15. Posolini, 5. Celovi, 4. Fabbri, 18. Zannoni, 8. Kapiççioni, 25. Meloni, 21. Latsari, 11. Cakopetti, 9. Nanni (k) Baş məşqçi: Roberto Cevoli Hakimlər: Marton Ruş, Balaş Şert, Balaş Şalai, Bençe Çsonka (hamısı Macarıstandan). Sombatxey, "Haladaş" stadionu.
Mənbə: apa.az