Bayram günlərində Xırdalan və Sumqayıt qatarları şənbə-bazar cədvəli ilə hərəkət edəcəklər

Bayram günlərində Xırdalan və Sumqayıt qatarları şənbə-bazar cədvəli ilə hərəkət edəcəklər

Tarix: 10 Jun 2026 15:44

15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günü olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə şənbə-bazar günlərinin hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə "APA-Economics" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Qeyd olunnur ki, hərəkət cədvəli ilə ADYnin saytında və ya “ADY Mobile” tətbiqində tanış olmaq mümkündür.

Emil İsmayılov ADY dəmir yolları

Mənbə: apa.az

Xəbər Lenti