AmCham: Qeyri-müəyyənlik dövründə bizneslər üçün ən vacib amil dayanıqlılıqdır

AmCham: Qeyri-müəyyənlik dövründə bizneslər üçün ən vacib amil dayanıqlılıqdır

Tarix: 11 Jun 2026 10:13

Qlobal dəyişikliklər və artan geosiyasi risklər fonunda bizneslərin dayanıqlılığının gücləndirilməsi əsas prioritetlərdən birinə çevrilib.

"APA-Economics" xəbər verir ki, bunu “AmCham Azərbaycan”ın icraçı direktoru Dəyanət Quliyev Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.

Onun sözlərinə görə, müasir dövrdə biznes icmaları üçün yalnız yeni texnologiyaların tətbiqi kifayət etmir. Şirkətlər eyni zamanda biznes modellərini yeniləməli, fəaliyyətlərinin səmərəliliyini artırmalı, yeni çağırışlara uyğunlaşmalı və əlavə dəyər yaratmalıdır.

D. Quliyev bildirib ki, dünyada baş verən sürətli dəyişikliklər biznes mühitində qeyri-müəyyənliyi artırır və şirkətlərdən daha çevik yanaşma tələb edir.

O qeyd edib ki, belə şəraitdə texnologiya, kommunikasiya və dialoq platformalarının rolu xüsusi əhəmiyyət kəsb edir. İcraçı direktorun sözlərinə görə, AmCham dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və konstruktiv dialoqun inkişafı üçün müxtəlif platformalar yaradır.

Rahim Tarıverdiyev “AmCham Azərbaycan” Dəyanət Quliyev biznes

Mənbə: apa.az

Xəbər Lenti