Cümə axşamı, 11 İyun, 2026
Tarix: 11 Jun 2026 10:05
Bu gün futbol üzrə DÇ-2026-ya start veriləcək.
Apasport.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın açılış oyunu Meksikada keçiriləcək.
Turnirin ilk qarşılaşmasında ev sahibi Meksika A qrupunda Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək. “Asteka” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. DÇ-2026 A qrupu 11 iyun 23:00. Meksika – Cənubi Afrika Respublikası
ApaSportMənbə: apa.az