Cümə axşamı, 11 İyun, 2026
Tarix: 11 Jun 2026 10:56
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb.
APA xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qurumun Şurası bu qərarı Rusiya Şahmat Federasiyasının İdman Arbitraj Məhkəməsinin (CAS) müəyyən etdiyi tələbləri vaxtında yerinə yetirməməsi səbəbindən qəbul edib.
CAS-ın qərarına əsasən, Rusiya Şahmat Federasiyası 90 gün ərzində Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətləri və Krımda istənilən fəaliyyətini dayandırmalı idi.
FIDE-dən bildirilib ki, bu tələblərin yerinə yetirilməməsi səbəbindən federasiyanın üzvlüyü müvəqqəti olaraq dayandırılıb.
İlqar Xudiyev FIDE Rusiya Şahmat FederasiyasıMənbə: apa.az