- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 19.04.2024 03:45
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Apasport.az xəbər verir ki, bu gün baş tutacaq 4 görüşün ardından yarımfinalçılar müəyyənləşib.
Türkiyə təmsilçisi "Fənərbaxça" evdə "Olimpiakos"u qəbul edib. İlk oyunda 3:2 hesabı ilə məğlub olan "sarı-lacivərdlilər" evdə 1:0 hesablı qələbə qazanaraq görüşü penaltilər seriyasına aparıb. 11 metrlik zərbələrdən sonra 1:3 məğlub olan İstanbul təmsilçisi mübarizəni dayandırıb.
“Lill” - “Aston Villa” matçının da qalibi lotereyada bəlli olub. İngiltərə təmsilçisi daha dəqiq olaraq, yarımfinala yüksəlib. “Brügge” PAOK-u, “Fiorentina” isə “Viktoriya”nı iki oyunun nəticəsinə görə məğlub edib.
Qeyd edək ki, Konfrans Liqasının yarımfinalında "Fiorentina" - "Brügge" və "Aston Villa" - "Olimpiakos" matçları keçiriləcək. Mərhələnin oyunları mayın 2-də və 9-da baş tuatacaq.
UEFA Konfrans Liqası 1/4 final, cavab oyunları 18 aprel
20:45. “Lill” – “Aston Villa” - 2:1, pen. 3:4 İlk oyun – 1:2
20:45. “Fiorentina” – “Viktoriya” - 0:0, ə.v. 2:0 İlk oyun – 0:0
23:00. “Fənərbaxça” – “Olimpiakos” - 1:0, pen. 2:3
Qol: Irfan Can Kahveci, 11 İlk oyun – 2:3
23:00. PAOK – “Brügge” - 0:2 İlk oyun – 0:1