Cümə, 12 İyun, 2026
Tarix: 11 Jun 2026 22:54
Portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyanın “Real Madrid” klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
APA xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Portuqaliyanın “Benfika” klubu “Real”ın baş məşqçinin keçidi üçün 15 milyon avro ödəməyə razılaşdığını açıqlamışdı.
Mourinyo iyulun 13-də komandanın mövsümöncəsi hazırlığının ilk günündə vəzifəsinin icrasına başlayacaq.
Joze Mourinyo Real Madrid Benfika İspaniya futbol baş məşqçi
Mənbə: apa.az