Meksika dünya çempionatına qələbə ilə başlayıb

Meksika dünya çempionatına qələbə ilə başlayıb

Tarix: 12 Jun 2026 01:08

Futbol üzrə 2026-cı il dünya çempionatının A qrupunda Meksika millisi ilk oyununda Cənubi Afrika Respublikasını 2:0 hesabı ilə məğlub edib.

APA xəbər verir ki, Meksika yığmasının qollarını 9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes vurublar.

Oyunun sonlarında, 90+2-ci dəqiqədə Sezar Montes fərqlənsə də, qol qeydə alınmayıb.

CAR millisi görüşü azlıqda başa vurub. Komandanın futbolçusu Sfivelo Sitxolu 50-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra Meksika A qrupunda ilk qələbəsini qazanaraq 3 xal toplayıb.

DÇ-2026 Meksika CAR

Mənbə: apa.az

Xəbər Lenti