DÇ-2026: Avstraliya Türkiyə millisinin qapısına növbəti qolu vurub  - YENİLƏNİB

DÇ-2026: Avstraliya Türkiyə millisinin qapısına növbəti qolu vurub - YENİLƏNİB

Tarix: 14 Jun 2026 09:44

2026-cı il dünya çempionatında D qrupunda mübarizə davam edir.

Apasport.az xəbər verir ki, qrupun ikinci matçında Türkiyə yığması Avstraliya ilə qarşılaşır.

Oyunda hesabı 27-ci dəqiqədə Avstraliya açıb. Əks hücum zamanı Nestori İrankunda müdafiəçilərdən ustalıqla sıyrılaraq topu Uğurcan Çakırın qoruduğu qapıdan keçirib.

İlk hissədə başqa qol vurulmayıb.

İkinci hissədə Avstraliya əks hücum zamanı növbəti dəfə fərqlənib. Metklaff dəqiq zərbə ilə hesab arasındakı fərqi 2-yə çatdırıb.

Vankuverdə keçirilən görüş Bakı vaxtı ilə saat 08:00-da başlayıb.

DÇ-2026 D qrupu 14 iyun 08:00 Avstraliya - Türkiyə 2:0

Qol: İrankunda, 27, K. Metkalf, 75

Türkiyə: Uğurcan, Zeki, Merih, Abdülkerim, Ferdi, İsmail, Orkun, Hakan, Arda, Barış, Kerem

Avstraliya: Beaç, Circati, İtaliano, Bos, Souttar, Burgess, Metkalf, O'Neill, Okon-Engstler, Toure, İrankunda

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti