Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 20 Apr 2024 23:09
Naxçıvan stansiyasından 76 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Naxçıvan stansiyasından 76 km cənub-qərbdə Azərbaycanın Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.
Yeraltı təkanlar yerli vaxtla saat 22:01-də qeydə alınıb.
Zəlzələ ocağı yerin 4 kilometr dərinliyində olub.
*** 22:11 Naxçıvan Muxtar Respublikasında zəlzələ baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində 3 bala qədər hiss olunub.
Zəlzələ təxminən 5-7 saniyə davam edib.