Bazar ertəsi, 15 İyun, 2026
Tarix: 15 Jun 2026 09:20
Kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 1,75% artaraq 2,24 trilyon dollara yüksəlib.
“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in (BTC) qiyməti 1,95% artaraq 65 610 dollara, “Ethereum”un (ETH) qiyməti 2,25% yüksələrək 1 715,92 dollara çatıb. BNB tokeni isə 1,17% bahalaşaraq 616,21 dollardan ticarət olunub.
Qızıl əsaslı rəqəmsal aktivlərdə də yüksəliş qeydə alınıb. Belə ki, PAX Gold (PAXG) son sutkada 2,26% artaraq 4 319,93 dollara, Tether Gold (XAUt) isə 2,28% bahalaşaraq 4 308,24 dollara yüksəlib.
Bazarın ən çox bahalaşan aktivləri sırasında Zcash (ZEC) yer alıb. Tokenin qiyməti son 24 saatda 14,46%, son yeddi gündə isə 13,2% artıb. Süni intellekt tematik kriptovalyutalardan Bittensor (TAO) isə həftəlik müqayisədə 30,26% yüksəliş göstərib.
Ekspertlər hesab edir ki, kriptovalyuta və qızıl əsaslı tokenlərdə müşahidə olunan bahalaşma investorların risk iştahasının artması, faiz endirimi gözləntiləri və geosiyasi risklərlə bağlıdır.
Rahim Tarıverdiyev Bitcoin kriptovalyuta kripto BTC
Mənbə: apa.az