- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 21.04.2024 21:37
“Mançester Yunayted” İngiltərə kubokunun yarımfinal matçında “Koventri”ni məğlub edib.
APA xəbər verir ki, matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.
“Mançester Yunayted”in qollarını Skott MakTominay (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58-ci dəqiqə) vurub. Koventri üçün Ellis Simms (71), Kallum O'Hare (79) və Hadji Rayt (90+5) vurub.
Penaltilər seriyasında “Yunayted”in futbolçuları daha güclü olub - 4:2
Finalda “Mançester Yunayted” “Mançester Siti” ilə qarşılaşacaq. Qarşılaşma mayın 25-də baş tutacaq.