DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla heç-heçə edib

DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla heç-heçə edib

Tarix: 16 Jun 2026 04:20

Futbol üzrə dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanı və Uruqvay milli komandaları arasında keçirilən oyun heç-heçə ilə başa çatıb.

APA xəbər verir ki, H qrupunun qarşılaşmasında hesabı 41-ci dəqiqədə Səudiyyə Ərəbistanının futbolçusu Abdulilah Al-Amri açıb.

Uruqvay millisi isə 80-ci dəqiqədə Maksimiliano Arauxonun qolu ilə bərabərliyi təmin edib.

Beləliklə, matç 1:1 hesabı ilə yekunlaşıb və komandalar hərəyə bir xal qazanıblar.

Səudiyyə Ərəbistanı Uruqvay dünya çempionatı

Mənbə: apa.az

Xəbər Lenti