IsDB: Orta Dəhliz, Bakı Limanı və BTQ gənclər üçün yeni imkanlar yaradır

IsDB: Orta Dəhliz, Bakı Limanı və BTQ gənclər üçün yeni imkanlar yaradır

Tarix: 16 Jun 2026 10:08

Regional inteqrasiya və rəqəmsallaşma gənclər üçün yeni iqtisadi imkanlar yaradır.

"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankının İqtisadi və Sosial İnfrastruktur Departamentinin direktoru İdrissa Dia Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Sərhədsiz Gənclər: Ortaq Regional Rifahın Hərəkətverici Qüvvəsi" mövzusunda təşkil olunan sessiyada bildirib.

Onun sözlərinə görə, sərhədlərarası ticarət gənc sahibkarlar üçün bazarları genişləndirir, əmək mobilliyi isə onlara imkanların olduğu yerlərdə işləməyə şərait yaradır: "İnkişaf etmiş rəqəmsal infrastruktur Bakıda yaşayan bir gəncin Almatı, Dəkkə və ya Dakardakı müştərilərə xidmət göstərməsinə imkan verir".

O həmçinin bildirib ki, Azərbaycanın Orta Dəhliz, Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələri regional əlaqəliliyin güclənməsinə və gənclər üçün yeni imkanların yaranmasına mühüm töhfə verir.

İlahə Səlimova İsDB İslam İnkişaf Bankı Azərbaycan İdrissa Dia

Mənbə: apa.az

Xəbər Lenti