AZAL: Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq

AZAL: Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq

Tarix: 16 Jun 2026 15:42

Mülki aviasiya unikal bir missiyanı yerinə yetirir - şəhərləri və ölkələri birləşdirir, iqtisadi və biznesin inkişafına kömək edir və dövlətlər və millətlər arasında hava körpüləri yaratmaqla insanların daha da yaxınlaşmasına kömək edir.

"APA-Economics"in Qazaxıstanın Şımkent şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Bakı-Şımkent-Bakı aviareysinin açılışına həsr olunmuş tədbir zamanı “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib:

"Bu gün Azərbaycan Hava Yollarını yeni Bakı-Şımkent-Bakı reysinin açılış mərasimində təmsil etməkdən şərəf duyuram. Bu reysin əsrlər boyu tarixi, mədəni və insani əlaqələrlə birləşən iki qardaş dövlət - Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlığın daha bir simvolu olacağı gözlənilir".

Emil İsmayılov AZAL Şımkent

Mənbə: apa.az

Xəbər Lenti