Basketbol üzrə Çempionlar Liqasının matçları şüşə meydançada oynanılacaq

Tarix: 22 Apr 2024 15:53

Basketbol üzrə Çempionlar Liqasının "Final Four" matçları şüşə meydançada oynanılacaq.

Apasport.az xəbər verir ki, basketbol tarixində ilk dəfə beynəlxalq klub turnirində matçlar LED panellərlə təchiz olunmuş şüşə döşəmədə oynanılacaq.

Xatırladaq ki, turnirə Serbiyanın paytaxtı Belqrad ev sahibliyi edəcək.

Bu turun oyun cədvəli belədir:

26 aprel

Çempionlar Liqası

"Final Four"

20:00 "Lenovo Tenerife" - "Perister"

23:00 "UCAM Murcia" - "Unicaja"

28 aprel

18.00 Üçüncü yer uğrunda matç

21.00 Final

Xəbər Lenti