Ödənişli yolda qəza olub, beş nəfər xəsarət alıb - FOTO

Tarix: 22 Apr 2024 22:20

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, KIA markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə dörd nəfər Rusiya Federasiyası vətəndaşı, 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fedroviç, 1977-cil təvəllüdlu Makiyeva Yelena, 2007-ci il təvəllüdlü Denis Nikolayviç və Göyçay sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Xəbər Lenti