“İnter” 20-ci dəfə İtaliya çempionu olub

Tarix: 23.04.2024 01:41

“İnter” İtaliya A Seriyasının 33-cü turunda çempion olub.

APA xəbər verir ki, bu uğura komanda “Milan”"ı 2:1 hesabı ilə məğlub edərək nail olub

Görüş 2:1 hesabı ilə başa çatıb.

“İnter”dən Françesko Acerbi və Markus Tyuram, "Milan"ın heyətində Fikayo Tomori fərqləniblər.

“İnter” soan 5 tur qalmış 86 xal toplayıb.

“Milan” 69 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 64 xal toplayan Turinin "Yuventus"u qapayır.

Bununla da “İnter” 20 qat İtaliya çempionu olub.

“İnter” ilk dəfə 1909/10 mövsümündə İtaliyanın ən güclü komandası olub.

Xəbər Lenti