"Real" heyətini yeni futbolçu ilə gücləndirib

"Real" heyətini yeni futbolçu ilə gücləndirib

Tarix: 18 Jun 2026 16:27

"Real" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Madrid klubu İbrahima Konatenin transferini rəsmən açıqlayıb.

Fransalı müdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. 27 yaşlı futbolçu son olaraq "Liverpul"un formasını geyinib.

"Soşo" akademiyasının yetirməsi olan Konate 2021-ci ildən İngiltərə klubunda çıxış edirdi. O, “Liverpul”un heyətində 183 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Transfermarkt” İbrahima Konatenin bazar dəyərini 45 milyon avro qiymətləndirir.

İbrahima Konate

Mənbə: apa.az

Xəbər Lenti