DÇ-26: Çexiya və CAR xalları bölüşdü

DÇ-26: Çexiya və CAR xalları bölüşdü

Tarix: 18 Jun 2026 22:03

2026-cı il dünya çempionatında A qrupunun II turuna start verilib.

Apasport.az xəbər verir ki, turun ilk oyununda Çexiya millisi Cənubi Afrika Respublikası ilə qarşılaşıb.

Görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Matça Çexiya qolla başlayıb. 6-cı dəqiqədə Sadilek Çexiyanı önə keçirib.

İlk hissədə başqa qol olmayıb.

İkinci hissənin sonlarında CAR hesabı bərabərləşdirib. Mokoena 83-cü dəqiqədə penaltidən dəqiq oynayıb: 1:1.

Oyunda başqa qol olmayıb.

Xatırladaq ki, hər iki komanda ilk turda məğlubiyyətlə üzləşmişdi. Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, A qrupunun digər oyununda Meksika Cənubi Koreya ilə qarşılaşacaq.

Dünya çempionatı A qrupu, II tur 18 iyul 20:00. Çexiya - CAR 1:1

Qol: M. Sadilek, 6, T, Mokoena, 83

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti