Cümə, 19 İyun, 2026
Tarix: 19 Jun 2026 01:02
2026-cı il dünya çempionatında B qrupunda II tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk oyununda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşıb.
Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Oyun İsveçrənin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hər iki komanda ilk turda heç-heçə edib. İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
Qeyd edək ki, B qrupunun digər oyununda Kanada Qətərlə üz-üzə gələcək.
Dünya çempionatı B qrupu, II tur 18 iyun 23:00. İsveçrə - Bosniya və Herseqovina 4:1
İsveçrə: Kobel – Vidmer, Elvedi, Akanji, Rodriges – Aebişer, Caka, Freuler – Rider, Embolo, Ndoye.
Bosniya və Herseqovina (4-4-2): Vasily – Kolaşinaç, Katiç, Muharemoviç, Dediç – Alaybeqoviç, Suniç, Tahiroviç, Memiç – Dzeko, Demiroviç.
ApaSportMənbə: apa.az