Şənbə, 20 İyun, 2026
Tarix: 20 Jun 2026 12:29
Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə müsbət dinamika müşahidə olunub.
"APA-Economics" xəbər verir ki, bazar kapitallaşması son 24 saatda 1,26% artaraq 2,18 trilyon dollara yüksəlib.
Lider kriptovalyuta olan “Bitcoini”n (BTC) qiyməti son sutkada 1,29% artaraq 63 454 dollara çatıb. Ethereum (ETH) isə 1,55% bahalaşaraq 1 723 dollardan ticarət olunub.
İlk onluqda yer alan aktivlərdən BNB 2,10%, Bitcoin Cash (BCH) 2,90%, Bittensor (TAO) 1,09% və CoinMarketCap 20 Index (CMC20) 1,84% bahalaşıb.
Qızılın qiymətinə indekslənmiş rəqəmsal aktivlərdən PAX Gold (PAXG) son sutkada 0,25%, Tether Gold (XAUt) isə 0,21% ucuzlaşıb. Günün ən güclü nəticələrindən biri Zcash (ZEC) tərəfindən qeydə alınıb. Aktiv son 24 saatda 4,61% bahalaşıb. Monero (XMR) isə 3,51% dəyər itirib.
Qeyd edək ki, CoinMarketCap-in "Fear & Greed Index" göstəricisi 21 bənd səviyyəsində qalır ki, bu da bazarda hələ də qorxu əhval-ruhiyyəsinin üstün olduğunu göstərir.
Analitiklər bazardakı yüksəlişi son günlər risk aktivlərinə marağın artması, ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilərin yumşalması və investorların əsas kriptovalyutalarda ucuzlaşmadan sonra yenidən alışlara üstünlük verməsi ilə əlaqələndirirlər.
APA-Economics Kriptovalyuta Bitcoin "Ethereum XRP BNBMənbə: apa.az