DÇ-26: Niderland İsveçə qarşı

DÇ-26: Niderland İsveçə qarşı

Tarix: 20 Jun 2026 15:45

2026-cı il dünya çempionatında F qrupunun II turunda növbəti oyun keçiriləcək.

Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından birində Niderland millisi İsveçlə üz-üzə gələcək.

Görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hər iki komanda ilk turda məğlub olmayıb. Niderland Yaponiya ilə 2:2 hesablı heç-heçə edib, İsveç isə Tunis üzərində 5:1 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, F qrupunun digər oyununda Tunis və Yaponiya milliləri qarşılaşacaq.

Mənbə: apa.az

Xəbər Lenti