DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub edib

DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub edib

Tarix: 21 Jun 2026 02:02

2026-cı il dünya çempionatında E qrupunun II turunun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşıb.

Toronto Stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Matçda hesabı 30-cu dəqiqədə Fil Dişi Sahili açılıb. Frank Kessie fərqlənib.

İlk hissə Afrika təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə bitib.

Bundestim axtardığı qolu 68-ci dəqiqədə vurub. Deniz Undav almanların bərabərlik qoluna imza atıb. Undav matçın 90+4-cü dəqiqəsində komandasının qələbə qolunu da vurub.

Oyun Almaniyanın qələbəsiylə başa çatıb: 2:1.

İlk turu qələbə ilə başa vuran Almaniya xallarının sayını 6-ya çatdırıb. Fil Dişi Sahili isə 3 xalda qalıb.

DÇ-2026 E qrupu, II tur 21 iyun 00:00. Almaniya - Fil Dişi Sahili 2:1

Qol: F. Kessie, 30, D. Undav, 68, 90+4

Almaniya: Noÿer, Kimmix, Tah, Şlotterbek, Braun, Pavloviç, Nmeça, Leroy Sane, Musiala, Virts, Haverts

Fil Dişi Sahili: Fofana, Sinqo, Aqbadu, Kossounou, Konan, Kessie, Sanqare, Oulai, Bonni, Diomande, Diallo

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti