Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 21 Jun 2026 22:01
Futbol üzrə 2026-cı il dünya çempionatının H qrupunda keçirilən oyunda İspaniya millisi Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib.
APA xəbər verir ki, qarşılaşma İspaniya yığmasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İspanların heyətində Lamin Yamal 10-cu dəqiqədə hesabı açıb. Mikel Oyarzabal isə 21-ci və 24-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. Səudiyyə Ərəbistanının müdafiəçisi Həsən Əl-Tambakti 49-cu dəqiqədə avtoqol müəllifi olub.
İspaniya Səudiyyə Ərəbistanı dünya çempionatı
Mənbə: apa.az