Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Tarix: 22 Jun 2026 17:48

Bu gün Dövlət Gömrük Komitəsində Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev ilə görüş keçirilib.

"APA-Economics" Komitəyə istinadən xəbər verir ki, görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı əlaqələrdən məmnunluqla bəhs edilib, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda hər iki ölkənin gömrük xidmətlərinin əldə etdiyi qabaqcıl təcrübələr barədə məlumat verilib, informasiya texnologiyaları, gömrük statistikası, risklərin idarə olunması, dəniz limanlarında gömrük işinin təşkili və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

İlahə Səlimova Türkmənistan gömrük
Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Mənbə: apa.az

Xəbər Lenti