Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var

Tarix: 26 Apr 2024 20:19

Salyanda avtomobil traktorla toquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı sakini, 1992-ci il təvəllüdlü Əhmədov Rəvan Mahmud oğlu idarə etdiyi "Tayota Prius" markalı avtomobili traktora çırpıb.

Nəticədə ağır xəsarət alan sürücü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti