İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ

İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ

Tarix: 23 Jun 2026 16:29

Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Gülcahan İmanqızı yağış sel çay dolu şimşək

Mənbə: apa.az

Xəbər Lenti