Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO

Tarix: 23 Jun 2026 18:25

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

APA xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

***

15:54

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda yola salınacaq.

APA xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon buğda göndərilir.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO

Mənbə: apa.az

Xəbər Lenti