DÇ-2026: Xorvatiya minimal hesablı qələbə qazanıb

DÇ-2026: Xorvatiya minimal hesablı qələbə qazanıb

Tarix: 24 Jun 2026 04:05

2026-cı il dünya çempionatında L qrupunun II turunun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, Panama millisi Xorvatiya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı vaxtı ilə saat 03:00-da başlayıb.

Matçın taleyini 1 qol həll edib. 54-cü dəqiqədə Budimir Xorvatiyaya 3 xal qazandıran qolu vurub.

Qeyd edək ki, hər iki komanda mundialda hələ qələbə qazana bilməyib. Panama ilk turda Qanaya 0:1 hesabı ilə məğlub olub. Xorvatiya isə İngiltərəyə 2:4 hesabı ilə uduzub. Bu nəticədən sonra Panama 0 xalda qalıb və qrupdan çıxmayacağı dəqiqləşib. Xorvatiya isə ilk 3 xalını qazanıb.

Dünya çempionatı L qrupu, II tur 24 iyun

03:00. Panama - Xorvatiya 0:1

Qol: A. Budimir, 54

Panama: Moskera, Blekman, Ramos, Kordoba, Murilyo, Harvi, Martinez, Andrade, Barsenas, Nelson Faxardo, Rodriqes

Xorvatiya: Livakoviç, Qvardiol, Ponqraçiç, Şutalo, Stanişiç, Kovaçiç, Modriç, Perişiç, Baturina, Paşaliç, Musa

Mənbə: apa.az

Xəbər Lenti