Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 11:10
Qazaxıstan və Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin təmin edilməsində unikal halqaya çevrilir.
APA xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Jangeldi Ualıbekov Bakıda keçirilən “Azərbaycan Avrasiyanın logistika qovşağı kimi: Aİİ və Cənubi Qafqaz maraqlarının uzlaşdırılması” mövzusunda beynəlxalq dəyirmi masada çıxışında deyib.
O, hazırda Qazaxıstan və Azərbaycan arasında logistika sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib: “Hazırda yükdaşımaların elektron idarə olunması, ixrac yükləri üçün gömrük və logistika proseslərinin lokallaşdırılması, Aktau, Kurık və Bakı limanlarının infrastrukturunun inkişafı, quru terminallarının güclərinin artırılması və nəqliyyat donanmasının yenilənməsi istiqamətində birgə iş aparılır”.
Müşavir vurğulayıb ki, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsində Qazaxıstan və Azərbaycan xüsusi rol oynayır.
İlqar XudiyevMənbə: apa.az