AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib

AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib

Tarix: 24 Jun 2026 15:32

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov Palatanın illik hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, palatanın fəaliyyətə başlamasından sonra qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndiricilərin reyestri formalaşdırılıb:

"Bu günə təxminən 200-ə yaxın, bir qədər aşağı, qiymətləndiricilər artıq reyestrdə qeydiyyatdan keçiblər", - deyə Nüsrət İbrahimov bildirilib.

O qeyd edib ki, qiymətləndiricilər qanunun tələblərinə uyğun olaraq əvvəlcə Dövlət İmtahan Mərkəzində imtahan verməli, daha sonra peşə sığortası əldə etməlidirlər. Yalnız bundan sonra onlar Azərbaycan Qiymətləndiricilər Palatasına üzv ola və qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququ qazana bilərlər".

İlahə Səlimova AQP qiymətləndiricilər Nüsrət İbrahimov

Mənbə: apa.az

Xəbər Lenti