“Neftçi” qvadelupalı müdafiəçi Endryu Qravilyonu transfer edib

“Neftçi” qvadelupalı müdafiəçi Endryu Qravilyonu transfer edib

Tarix: 24 Jun 2026 18:08

“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.

Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb.

O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

Neftçi Endryu Qravilyon transfer

Mənbə: apa.az

Xəbər Lenti