Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 19:55
2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki görüşü baş tutacaq.
Bosniya və Herseqovina millisi Qətərlə qarşılaşacaq. Qrupun digər matçında isə İsveçrə Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
DÇ-2026 B qrupu, III tur 24 iyun 23:00. Bosniya və Herseqovina - Qətər 23:00. İsveçrə - Kanada
İlk oyun günündə C qrupunun iki görüşü baş tutacaq. Mərakeş millisi Haiti ilə qarşılaşacaq. Qrupun digər matçında isə Şotlandiya Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 02:00-da səslənəcək.
DÇ-2026 B qrupu, III tur 25 iyun 02:00. Mərakeş - Haiti 02:00. Şotlandiya – Braziliya
Bundan başqa A qrupunun iki görüşü baş tutacaq. Belə ki, Cənubi Afrika millisi Cənubi Koreya ilə qarşılaşacaq. Qrupun digər matçında isə Çexiya Meksika ilə münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2026 A qrupu, III tur 25 iyun 05:00. Cənubi Afrika Respublikası – Cənubi Koreya 05:00. Çexiya – Meksika
DÇ-2026Mənbə: apa.az