Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 14:33
İqtisadiyyat Nazirliyində Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri ilə görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
"APA-Economics" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarov Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Denis Afanasyev ilə görüşüb.
Görüşdə Azərbaycanla Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu iqtisadi əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Qarşılıqlı investisiya imkanlarının təşviqi, biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Birgə təşəbbüslərin və təşkil olunan işgüzar tədbirlərin iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyi bildirilib.
Tərəflər regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, ticarət, nəqliyyat, logistika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Biznes dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə işgüzar platformaların fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
İlahə Səlimova Mikayıl Cabbarov Denis Afanasyev Həştərxan vilayəti
Mənbə: apa.az