Cümə, 26 İyun, 2026
Tarix: 26 Jun 2026 02:07
2026-cı il dünya çempionatında III turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə E qrupunun 2 görüşü baş tutub.
Kurasao millisi Fil Dişi Sahili ilə qarşılaşıb. Matç Afrika təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Xallarının sayını 6-ya çatdıran Fil Dişi Sahili qrupu 2-ci pillədə başa vurub. Kurasao 1 xalla qrup sonuncusu olub. Qrupun digər matçında isə Ekvador Almaniya ilə üz-üzə gəlib. Ekvador güclü rəqibi üzərində vacib qələbə qazanıb: 2:1.
Xallarının sayını 4-ə çatdıran Ekvador qrupu 3-cü sırada bitirərək 1/16 final mərhələsinə yüksəlib. Almaniya isə 6 xalla qrupu lider kimi başa vurub.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənib.
DÇ-2026 E qrupu, III tur 25 iyun 00:00. Kurasao - Fil Dişi Sahili 0:2
Qol: N. Pepe, 7, 64
00:00. Ekvador - Almaniya 2:1
Qol: L. Sane, 2, Anqulo, 9, Plata, 78
Mənbə: apa.az