Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var

Tarix: 30 Apr 2024 07:28

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı sakini, 1986-cı il təvəllüdlü Mehman Məmmədhüseyn Azad oğlunun idarə etdiyi "Ford Transit" markalı avtomobil aşıb.

Nəticədə sürücü və sərnişin - Bakı sakini 2005-ci il təvəllüflü Vəliyev Əmrah Novruz oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti