Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 30 Apr 2024 14:12
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib, saxlanılanların olduğu bildirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
Bildirilib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
13.41
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib.
APA xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.