UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib

UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib

Tarix: 27 Jun 2026 20:48

Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.

“Apasport”un ezam olunmuş əməkdaşının məlumatına görə, əsas kartın döyüşlərinə start verilib.

Kartın ilk görüşü orta çəki dərəcəsində baş tutub. Almaniya təmsilçisi Abus Maqomedov Polşadan olan Mixal Olekseyçukla qarşılaşıb.

Maqomedov ilk raundda rəqibini sabmişşınla məğlub edib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.

Mənbə: apa.az

Xəbər Lenti