DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib

DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib

Tarix: 28 Jun 2026 02:59

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə L qrupunun iki görüşü baş tutub.

Panama millisi İngiltərə ilə qarşılaşıb. Matç İngiltərənin 2:0 hesablı qələbəsiylə başa çatıb. Xallarının sayını 7-yə çatdıran ingilislər qrupu 1-ci yerdə bitirib. Panama 0 xalla qrup sonuncusu olub.

Qrupun digər matçında isə Xorvatiya Qana ilə üz-üzə gəlib. Gərgin keçən görüşdən avropalılar qalib ayrılıb: 2:1.

Xorvatlar xallarının sayını 6-ya yüksəldib və qrup ikincisi kimi 1/16 finala vəsiqə qazanıb. 4 xalda qalan Qana isə ən yaxşı üçüncülər sırasından pley-offa yüksəlib.

Hər iki matç Bakı vaxtı ilə saat 01:00-da start götürüb.

DÇ-2026 L qrupu, III tur 28 iyun 01:00. Panama - İngiltərə 0:2

Qol: Bellingem, 62, Keyn, 67

01:00. Xorvatiya - Qana 2:1

Qol: Suçiç, 31, Lukassen, 73, Vlaşiç, 83

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti