DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib

DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib

Tarix: 28 Jun 2026 05:31

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə K qrupunun iki görüşü baş tutub.

Konqo Demokratik Respublikası millisi Özbəkistanla qarşılaşıb. Görüş 3:1 hesabıyla konqoluların xeyrinə başa çatıb. Xallarının sayını 4-ə çatdıran Afrika təmsilçisi qrupu 3-cü pillədə bitirərək pley-offa vəsiqə qazanıb. Özbəkistan 0 xalla sonuncu pillədə qərarlaşıb. Qrupun digər matçında isə Kolumbiya Portuqaliya ilə üz-üzə gəlib. Matç başladığı kimi qolsuz başa çatıb: 0:0.

Bu nəticədən sonra Kolumbiya 7 xalla qrupdan lider kimi çıxıb. Portuqaliya isə 5 xalla qrup ikincisi kimi adını 1/16 finala yazdırıb.

Hər iki matç Bakı vaxtı ilə saat 03:30-da start götürüb.

DÇ-2026 K qrupu, III tur 28 iyun 03:30. Konqo DR - Özbəkistan 3:1

Qol: E. Şahmurodov, 10, Vissa, 68, 90+1, Mayele, 78

​​​​​ 03:30. Kolumbiya - Portuqaliya 0:0

Mənbə: apa.az

Xəbər Lenti