DÇ-26: Braziliya 1/8 finala çıxıb

DÇ-26: Braziliya 1/8 finala çıxıb

Tarix: 29 Jun 2026 23:06

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilir.

Apasport.az xəbər verir ki, pley-off mərhələsində Braziliya və Yaponiya milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

İlk hissə Yaponiyanın 1:0-lıq üstünlüyü ilə başa çatıb. 29-cu dəqiqədə Sano fərqlənib. Braziliya ikinci hissənin əvvəlində Kazemiro ilə hesabı bərabərləşdirib. Matçın uzatma dəqiqələrində cənubi amerikalılar daha bir qol vurub. Martinelli 90+6-cı dəqiqədə Braziliyanı 1/8 finala aparan qolu vurub: 2:1.

Braziliya 1/8 final mərhələsində Fil Dişi Sahili-Norveç cütünün qalibiylə qarşılaşacaq.

DÇ-2026 1/16 final 29 iyun 21:00. Braziliya – Yaponiya 2:1

Qol: Sano, 29, Kazemiro, 56, Martinelli, 90+6

Braziliya: Alisson, Danilo, Markinyos, Qabriel, Duqlas Santos, Bruno Gimarayeş, Kazemiro, Lukas Paketa, Rayan, Kunya, Vinisius Junior

Yaponiya: Suzuki, İto, Taniquçi, Tomiyasu, Nakamura, Kamada, Sano, Doan, Maeda, İto, Ueda

ApaSport

Mənbə: apa.az

Xəbər Lenti