Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 00:34
Polşalı hücumçu Robert Levandovski Şimali Amerika Böyük Futbol Liqasının (MLS) klubu "Çikaqo Fayr"la müqavilə imzalayıb.
APA xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Komandanın tərkibində futbolçu üç dəfə çempionluq və İspaniya Superkubokunu, bir dəfə isə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, Levandovskinin 37 yaşı var. 2010-2014-cü illərdə Dortmund "Borussiya", 2014-2022-ci illərdə isə 8 dəfə Almaniya çempionu olduğu "Bavariya"da çıxış edib.
O 3 dəfə Almaniya kubokunu, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.
Polşa millisinin heyətində futbolçu 165 oyun keçirib və 89 qol vurub. O, milli komandanın tarixində ən çox qol vuran futbolçudur.
Mənbə: apa.az