Niderlandın penalti kabusu davam edib - 3 mundialdır eyni aqibət

Niderlandın penalti kabusu davam edib - 3 mundialdır eyni aqibət

Tarix: 30 Jun 2026 09:09

Niderland millisi ardıcıl üçüncü dünya çempionatında mübarizəni penaltilər seriyasında dayandırıb.

Apasport.az xəbər verir ki, Avropa təmsilçisi DÇ-2026-nın 1/16 finalında Mərakeşə penaltilərlə uduzaraq turnirlə vidalaşıb.

Niderlandın son üç dünya çempionatında penaltilərlə uduzduğu oyunlar belədir:

DÇ-2014: Niderland - Argentina - yarımfinal DÇ-2022: Niderland - Argentina - 1/4 final DÇ-2026: Niderland - Mərakeş - 1/16 final

Qeyd edək ki, Niderlandın dünya çempionatlarında penaltilər istisna olmaqla uduzduğu son oyun DÇ-2010-un finalında İspaniyaya qarşı olub. Həmin görüşdə Niderland əlavə vaxtda buraxdığı qolla 0:1 hesabı ilə məğlub olmuşdu.

ApaSport futbol idman dünya çempionatı

Mənbə: apa.az

Xəbər Lenti