DÇ-2026: Belçika 1/8 final mərhələsinə yüksəlib

DÇ-2026: Belçika 1/8 final mərhələsinə yüksəlib

Tarix: 02 Jul 2026 02:51

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilir.

Apasport.az xəbər verir ki, pley-off mərhələsində Belçika və Seneqal milliləri üz-üzə gəlir.

Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb. İlk hissə Seneqalın 1:0-lıq üstünlüyü ilə bitib. 25-ci dəqiqədə Diarra fərqlənib. Afrika təmsilçisi ikinci hissəyə də qolla başlayıb. Bu dəfə İsmaila arr dəqiq oynayıb: 2:0.

86-cı dəqiqədə Belçika Lukakunun qoluyla hesab arasındakı fərqi azaldıb. 3 dəqiqə sonra avropalılar bərabərlik qolunu da vurub. Tilemans başla dəqiq oynayıb: 2:2.

Oyunun əsas vaxtında başqa qol olmayıb və görüş əlavə vaxta gedib.

Əlavə vaxtın ikinci hissəsinin son dəqiqəsində Belçika penalti qazanıb. Topun arxasına keçən Tilemans dəqiq oynayıb və Belçikanı 1/8 final mərhələsinə aparan qolu vurub: 3:2.

"Qırmızı şeytanlar" hesabı 0:2-dən 3:2 edərək adını növbəti mərhələyə yazdırmağı bacarıb.

Belçika 1/8 finalda ABŞ – Bosniya və Herseqovina duelinin qalibi ilə üz-üzə gələcək.

DÇ-2026 1/16 final 2 iyul 00:00. Belçika - Seneqal 3:2

Qol: H. Diarra, 25, İ. Sarr, 51, Lukaku, 86, Tilemans, 89, 120+5

Belçika: Kurtua, Kastan, Meşele, Teate, De Kuyper, Tilemans, Vanaken, Trossar, De Bruyne, Doku, De Ketelare

Seneqal: Diau, Jakobs, Niakhate, Ciss, Diatta, Qeye, Qeye, Mane, Sarr, Ndiaye, Diarra

Mənbə: apa.az

Xəbər Lenti