Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Tarix: 02 Jul 2026 13:31

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. ADY-dən "APA-Economics"ə verilən məlumata görə, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək. "Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda bildirilir. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Emil İsmayılov ADY dəmir yolları
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Mənbə: apa.az

Xəbər Lenti