Cümə axşamı, 2 İyul, 2026
Tarix: 02 Jul 2026 17:59
Ermənistanın şimalında beynəlxalq yükdaşımaları üçün ödənişli avtomobil yollarının açılması imkanı nəzərdən keçirilir.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O, Mərkəzi Asiyadan Avropaya ən qısa marşrutun Ermənistandan, xüsusilə də ölkənin şimal bölgələrindən keçdiyini bir daha vurğulayıb.
Paşinyanın sözlərinə görə, hazırda Avropa İttifaqı ilə Azərbaycanın Qazax rayonundan Ermənistanın İcevan, Vanadzor, Gümrü şəhərləri və Axurik (Türkiyə sərhədi) istiqamətində uzanan magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır.
“Bu layihəni həyata keçirmək çox asandır. Bunun üçün yalnız siyasi razılaşma lazımdır”, – Ermənistan lideri qeyd edib.
İlqar Xudiyev Paşinyan pullu yollar Ermənistan Orta Asiya Avropa Azərbaycan TürkiyəMənbə: apa.az