Cümə, 3 İyul, 2026
Tarix: 03 Jul 2026 03:03
ABŞ Sahil Mühafizə Xidməti iki şirkətdən 3,3 milyard dollar dəyərində altı “Arctic Security Cutter” (ASC) buzqıran gəmisi sifariş edib.
APA xəbər verir ki, bu barədə cümə axşamı mətbuat xidməti tərəfindən dərc edilən yazılı açıqlamada bildirilib.
"ABŞ Sahil Mühafizəsi Arktikada ABŞ-ın mövqeyini gücləndirəcək yeni bir buzqıran gəmi sinfi olan altı Arktika Patrul Gəmisinin tikintisi və çatdırılması üçün iki müqavilə imzalandığını elan etdi", - sənəddə deyilir.
Dörd gəmi üçün 2,2 milyard dollar dəyərində sifariş ABŞ-ın “Bollinger Shipyards Lockport” şirkətinə verilib. Finlandiyanın “Rauma Marine Constructions” şirkəti 1,1 milyard dollar dəyərində daha iki buzqıran gəmi inşa edəcək. İlk gəminin 2028-ci ildə, üzlan beşinin isə 2031-ci ilə qədər təhvil verilməsi planlaşdırılır.
ABŞ buzqıran sahil mühafizəMənbə: apa.az