Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib

Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib

Tarix: 03 Jul 2026 18:58

İyun ayında Bakı metrosundan 18 592 051 sərnişin istifadə edib.

Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9% artıb.

İyun ayında ən çox sərnişinə xidmət göstərən stansiya “Koroğlu” olub. Belə ki, həmin stansiya ilə ötən ay 1 711 203 sərnişin daşınıb. İyunun 1-i 752 703 sərnişinlə ən çox sərnişin daşınan gün olub.

Hesabat dövründə NFC və QR bilet vasitəsilə ümumilikdə 9 366 674 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9%-ni təşkil edib.

Bundan əlavə, “Əlçatan metro” xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən 75% çox sərnişin istifadə etdiyini göstərir.

"Bakı Metropoliteni” QSC sərnişindaşıma iyun

Mənbə: apa.az

Xəbər Lenti